Toyda zəhərlənən 33 nəfərdən 29u evə buraxılıb


Digərləri 28 Avq 2019 10:44:00 214 0

Toyda zəhərlənən 33 nəfərdən 29u evə buraxılıb

İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 33 nəfər müraciət edib.

Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 29 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb.

Hazırda xəstəxanada 4 nəfər müalicə alır ki, onlardan 2-si azyaşlıdır.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, avqustun 27-də axşam saatlarında İsmayıllı rayonunun Qəzili kəndində kənd sakini Hüseynov Müşviq Sabəli oğlunun həyətində keçirilən kiçik toy məclisində zəhərlənmə olub. Ziyafət iştirakçılarından bir qisminin səhhəti pisləşib və onlar xəstəxanaya müraciət ediblər.