Bakı polisi paytaxtda sakinləri narahat edən neqativ halları aradan qaldırıb


Digərləri 28 Avq 2019 10:44:00 157 0

Bakı polisi paytaxtda sakinləri narahat edən neqativ halları aradan qaldırıb

Paytaxt polisi cəmiyyətdən gələn çağırışlara cavab olaraq, sakinləri narahat edən problemlərin həlli üzrə tədbirləri davam etdirir.

Bakı. Samir Əli - Paytaxt polisi cəmiyyətdən gələn çağırışlara cavab olaraq, sakinləri narahat edən problemlərin həlli üzrə tədbirləri davam etdirir. Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Trend-ə bildirib ki, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 23 ünvanında yaşayan sakinlərin müraciəti əsasında ərazidə müşahidə olunan sosial-neqativ hallar avqustun 27-də tam aradan qaldırılıb. Xidmət rəisi qeyd edib ki, Bakı şəhər BPİ İctimai Təhlükəsizlik və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə keçirdiyi profilaktik tədbirlərlə sakinləri narahat edən çay evlərinin fəaliyyəti, piyada səkilərinin zəbt olunması, küçə ticarəti və antisanitariya ilə bağlı təsirli tədbirlər icra edilib: “İctimai qaydanı pozan şəxslərlə profilaktik-maarifləndirici söhbətlər aparılıb, əməlin hüquqazidd olması vurğulanıb”.