TAP layihəsi çərçivəsində mikrotunel tikintisi başa çatdı


Digərləri 28 Avq 2019 10:31:30 243 0

TAP layihəsi çərçivəsində mikrotunel tikintisi başa çatdı

TAP layihəsi çərçivəsində mikrotunel tikintisi başa çatıb.

Bakı. Ləman Zeynalova - TAP layihəsi çərçivəsində mikrotunel tikintisi başa çatıb. Trend-in konsorsiuma istinadən verdiyi məlumata görə, Trans-Adriatik Boru Kəməri Konsorsiumu (TAP) İtaliyanın Puglia bölgəsindəki San Foca çimərliyində mikrotunel inşaatını başa çatdırıb. Yaxın aylarda tuneldə boru kəmərinin çəkiləcəyi bildirilir. Bu işlər vətəndaşların və turistlərin gündəlik həyatına maneə törətmir.