Bekhemlər Elton Conun lüks yaxtasında


Digərləri 28 Avq 2019 10:09:00 253 0

Bekhemlər Elton Conun lüks yaxtasında

İngiltərə millisinin keçmiş kapitanı Devid Bekhemlə dizayner həyat yoldaşı Viktoriya Bekhem övladları ilə bərabər müğənni Elton Con və onun həyat yoldaşı Devid Fernişin yaxtasında görüntülənib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bekhemlər ailəsi müğənni və onun həyat yoldaşı ilə Fransanın cənubunda görüşüb. Elton Con dostlarını dəbdəbəli yaxtasında dəniz gəzintisinə dəvət edib.

Futbolçu və onun həyat yoldaşı özləri ilə bərabər övladları - 20 yaşlı Bruklini, 16 yaşlı Kruzu, 14 yaşlı Romeonu və 8 yaşlı Harperi də götürüblər.

Şən bir yay günü xatirəsi olaraq cütlük Con və Fernişlə bərabər fotosessiya da etdirib.

(adsgarden = window.adsgarden || []).push({});