79 yaşlı Bakılı aktyor ata oldu


Digərləri 28 Avq 2019 09:54:00 185 0

79 yaşlı Bakılı aktyor ata oldu

Rusiyanın Xalq artisti, 79 yaşlı aktyor Emmanuil Vitorqan növbəti dəfə ata olub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında məlumat verib.

"Bizdə artım var. Dünyaya daha bir qız - Klaroçka gəldi", - artist sevincli xəbəri sosial şəbəkədə paylaşıb.

Aktyorun İnstaqramda bölüşdüyü fotoda o, həyat yoldaşı, qızı Etel və yenicə doğulmuş körpəsi yer alıb.

"StarHit" dərgisi körpənin daşıyıcı ana (surroqat ana) tərəfindən dünyaya gətirildiyini yazıb.

(adsgarden = window.adsgarden || []).push({});