İsmayıllıda toyda zəhərlənən 30 nəfərdən 26-sı evə buraxılıb


Digərləri 28 Avq 2019 09:38:00 228 0

İsmayıllıda toyda zəhərlənən 30 nəfərdən 26-sı evə buraxılıb

İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib.

Bakı. Samir Əli - İsmayıllı rayonunda baş verən kütləvi zəhərlənmə ilə bağlı Mərkəzi Rayon Xəstəxanasına 30 nəfər müraciət edib. Bu barədə Trend-ə xəstəxanadan məlumat verilib. Məlumatda bildirilir ki, müraciət edən şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 26 nəfərin vəziyyəti yüngül olduğundan evə buraxılıb. Hazırda xəstəxanada 4 nəfər müalicə alır ki, onlardan 2-si azyaşlıdır.