Yaponiyada güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub


Dünya 28 Avq 2019 09:10:00 228 0

Yaponiyada güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub

Yaponiyanın cənub-qərbində güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub.

Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, həlak olanlardan ikisi Saqa prefekturasının sakinləri, biri isə Fukuoke prefekturasının sakini olub.

Məlumata əsasən, Naqasaki, Saqa və Fukuoke prefekturalarının təxminən 730 mini sakininə daşqınlar və torpaq sürüşməsi mümükünlüyünün səbəbindən evlərini tərk etmələri və təxliyə mərkəzlərində yerləşmələri tövsiyə edilib.

Bildirilir ki, güclü yağışlar səbəbindən bu prefekturalarda qatarların hərəkəti dayandırılıb, bir sıra avtomobil yolu bağlanıb.