Atlantik okeanda zəlzələ olub


Dünya 28 Avq 2019 08:59:00 215 0

Atlantik okeanda zəlzələ olub

Atlantik okeanının cənubunda, Cənubi Sandviç adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bristol adasından 132 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.