Mingəçevirdə beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi


Digərləri 28 Avq 2019 09:00:06 192 0

Mingəçevirdə beşmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Mingəçevirdə beşmərtəbəli binada yanğın olub.

Bakı. Mingəçevirdə beşmərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.