Yaponiyada güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub


Digərləri 28 Avq 2019 08:49:05 185 0

Yaponiyada güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub

Yaponiyanın cənub-qərbində güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub

Bakı. Yaponiyanın cənub-qərbində güclü yağışlar 3 nəfərin ölümünə səbəb olub. Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, həlak olanlardan ikisi Saqa prefekturasının sakinləri, biri isə Fukuoke prefekturasının sakini olub. Məlumata əsasən, Naqasaki, Saqa və Fukuoke prefekturalarının təxminən 730 mini sakininə daşqınlar və torpaq sürüşməsi mümükünlüyünün səbəbindən evlərini tərk etmələri və təxliyə mərkəzlərində yerləşmələri tövsiyə edilib.