Silahlılar Suriyanın 19 yaşayış məntəqəsini atəşə tutub


Dünya 28 Avq 2019 08:40:00 225 0

Silahlılar Suriyanın 19 yaşayış məntəqəsini atəşə tutub

Ötən sutka ərzində silahlılar Suriyada 19 yaşayış məntəqəsini atəşə tutub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

Onun sözlərinə görə, qanunsuz silahlı birləşmələrin üzvləri Hələb əyalətinin 5 yaşayış məntəqəsini, Latakiya əyalətinin 13 yaşayış məntəqəsini, İdlib əyalətinin isə 1 yaşayış məntəqəsini atəşə tutublar.

Qaçqınlar barədə danışan A.Bakin qeyd edib ki, xarici ölkələrdən Suriya ərazisinə 602006 nəfər qayıdıb.