Çində yük maşını tuneldə yanıb:


Dünya 28 Avq 2019 08:26:00 209 0

Çində yük maşını tuneldə yanıb:

Çinin Çjetzyan əyalətində tuneldə yük maşını yanıb.

Trend-in "Sinxua" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bildirilir ki, polis əməkdaşları və təcili yardım briqadaları dərhal hadisə yerinə gəliblər. Bütün xəsarət alanlara ilkin tibbi yardım göstərilib və onlar yaxınlıqdakə xəstəxanaya yerləşdiriliblər.

Yük maşınının alışmasının səbəbi araşdırılır.