ABŞda məktəbin yaxınlığında atışma olub


Dünya 28 Avq 2019 08:19:00 198 0

ABŞda məktəbin yaxınlığında atışma olub

ABŞ-ın İstveyl (Kaliforniya ştatı) şəhərində məktəbin yaxınlığında atışma baş verib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Riversayd dairəsinin şerifinin idarəsinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir ki, təhsil müəssisəsinin binası mühasirəyə alınıb: "Hüquq-mühafizə orqanları hadisə yerində bir nəfəri saxlayıblar".

Digər təfərrüatlar barədə məlumat verilmir.