Atlantik okeanının cənubunda zəlzələ olub


Digərləri 28 Avq 2019 07:15:00 193 0

Atlantik okeanının cənubunda zəlzələ olub

Atlantik okeanının cənubunda, Cənubi Sandviç adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib

Bakı. Atlantik okeanının cənubunda, Cənubi Sandviç adaları sahillərində 6,6 bal gücündə zəlzələ baş verib. Trend-in ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bristol adasından 132 kilometr cənubda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.