İsti su, duz, şəkər dərini belə QOCALDIR FOTO


Digərləri 28 Avq 2019 07:00:00 196 0

İsti su, duz, şəkər  dərini belə QOCALDIR  FOTO

Qadınlar gözəlliklərini qorumaq üçün gözəllik salonlarına kifayət qədər pul xərcləyirlər. Gün ərzində bir neçə saat salonda özünə qulluq etdikdən sonra isə normal həyat tərzinə, əyləncəyə davam edirlər. Yay mövsümu ilə əlaqədar tez-tez duş qəbul edirik. Bəs bilirsizmi, tez-tez isti duş qəbulu bədənin tez qocalmasına səbəb olur?

Son.az gündəlik həyat tərzində çoxlarının xəbərsiz olduğu, amma gözəlliyi öldürən faktları təqdim edir:

Qadınların həyatı kifayət qədər ağırdır - ev işləri, şəxsi həyat, uşaqlar, problemlər və s. Bununla bərabər, sağlam həyat tərzini qorumaq da önəmlidir. Bir sıra vərdişlər özümüzdə bilmədən bizim gözəlliyimizi əlimizdən alır. Bəzən saçlara qulluq edərkən dərimizi diqqətdən qaçırdırıq və ya əyləncə xətrinə mütəmadi vərdişlərimiz bizim üçün qarşısı alınmaz probemlər yarada bilir. Bütovlükdə bədənimiz, dərimiz zərrə görməsin deyə, onlara "düşmən" olan vasitələri, vərdişləri tanımağın zamanıdır. Elə isə diqqətli olun:

Xlor

İndi düşünəcəksiz ki, nə əlaqə? Hovuzda üzməyi çoxları sevir. Bəs hovuzun suyunun xlorlandığını unudursuz? Xlorlanmış su dərini amansızcasına qurudur, allergik reaksiyaların yaranmasına səbəb olur. Hovuza daha az girmək məsləhətdfir. Yaxşı olardı ki, hovuza girməzdən əvvəl və sonra dəriyə qidalandırıcı və nəmləndirici yağlar sürtəsiniz.

Makiyajı təmizləmədən yatmaq

Artıq izahata ehtiyac yoxdur. Bunun bütün dəri hüceyrələrini nə qədərəcədə məhv etdiyini, dərinin nəfəs almasının qarşısını aldığını bilirik.

Qəhvə

Əfsuslar olsun ki, əsasən səhər saatlarında içdiyiniz bu içki, orqanizmi o qədər susuzlaşdırır ki, hətta ən kiçik qırışları belə gözə çarpacaq dərəcədə artırır. Yaxşı olardı ki, kofeni böyük bir stekan su ilə əvəz edəsiniz.

Üzdə olan sızanaqları sıxmaq

Belə etdiyiniz zaman siz üzdə olan bakteriyaları dərinin daha dərin qatlarına yeridirsiz. Bununla da onu təmizləmiş olmursuz. Əksinə özü ilə bərabər "dostlarını" da gətirməsinə şərait yaradırsız.

İsti duş

Qışda soyuqdan qorunmaq üçün mümkün qədər isti su ilə çimirik. Lakin bu bədən dərisi üçün çox ziyandır. Dərinin qırışmasına və vaxtından əvvəl sallanmasına səbəb olur. Nisbətən soyuq su ilə çimmək dərinin dartılmasına və gənc görünməsinə kömək edir.

Susuzluq

Suyu nə qədər az içsəniz dəri rənginiz bir o qədər solğun və kükürd rənginə çalacaq. Gün ərzində orqanizmi tələb etdiyi qədər içməli su ilə təmin edin. Belə olan halda dəriniz uşaq dərisi kimi yumuşaq olacaq.

Mobil telefon

Bahalı telefon sahibi olmanızla qürur duyursuz? O zaman telefonunuzun ekranının da bakteriyalarla zəngin olduğundan xəbərdarsınız demək. Siz telefonu üzünüə yaxınlaşdırıb danışdığınız zaman şüa vasitəsilə bakteriyalar üz dərisinə təmas edir və yanaq nahiyyəsində qırışları dərinləşdirir. Mümkün qədər salfet istifadə edin və telefonun ekranını üzünüzdən aralı saxlayın.

Kəskin çəki itirilməsi

Kəskin kökəlmək və arıqlamaq dəri elastikliyinin azalmasına səbəb olur. Belə olan zaman dəriniz sallanmış hal alacaq. Bunu aradan qaldırmaq üçün sadəcə düzgün qidalanmaya üstünlük verin, pəhriz sizə kömək etməyəcək.

Yuxusuzluq

Gecə dəri maksimum dərəcədə özünü bərpa edir. Bu proses üçün həkimlərin də təsdiqlədiyi kimi 8 saatlıq yuxu rejiminə riayət etmək lazımdır.

Qidaların tərkibindəki duz

(adsgarden = window.adsgarden || []).push({});