Kosmosda ÖLÜM VƏ ÇÜRÜMƏ FOTO


Digərləri 28 Avq 2019 03:30:00 254 0

Kosmosda ÖLÜM VƏ ÇÜRÜMƏ  FOTO

Kosmosda insan ölümü və çürümə haqda hər hansı bilgiyə sahib deyilsinizsə, bu məqalədə bizimlə birgə kosmosa səyahət edə və mövzunun maraqlı detalları ilə tanış ola bilərsiniz.

Əvvəlcə qalaktikanın ənginliklərində, oksigensiz bir atmosferdə gəzməyə razı olacaq cəsarətiniz olduğu üçün sizi təbrik edə bilərik.

Lakin bir pis xəbər var: kosmosa uyğun xüsusi geyiminiz olmadan orada qala bilməzsiniz. İstənməyən formada təzyiqə məruz qalacaq və yaxşı ehtimalla, tez ölümü dadacaqsınız. Amma vücudunuz üçün eyni şeyləri demək, təəssüf ki, mümkün deyil.

Göz açıb-yumana qədər tez ölüm

Əgər yeni ölmüş birinə yaxınlaşsanız, bədənin ölümdən dərhal sonra müxtəlif dəyişikliklər yaşadığını müşahidə edə bilərsiniz. Ən nəzərəçarpan dəyişiklik "pallor mortis" (vücudun solğunlaşması) və "livor mortis"dir (vücudun bənövşəyiləşməsi).

Son.az bildirir ki, ölümdən sonra ürək qanı dövr etmədiyinə görə qravitasiya qüvvəsinin təsiri ilə qan vücudun yerə yaxın bölgələrində toplanmağa başlayır və bu, ölümün dəqiq işarəsidir. Bu proseslərin ardınca isə "rigor mortis" gəlir. Çürümənin bu dövründə bədənin üzvləri sərtləşir. Əzələlər isə betonlaşmış şəkildə olur. Bütün bu proseslər davam edərkən bədən yavaş-yavaş soyumağa başlayar ki, bunun da adı "algor mortis"dir (bədənin olduğu yer, hava şəraiti, ilin hansı dövründə olması, bədəndəki yağın miqdarı, insanın ölümdən qabaq qəbul etdiyi dərman və sakitləşdirici kimi faktorlar)

Yuxarıdakı prinsiplər ölümün nə zaman baş verdiyini araşdıranlara yardımçı olur (tibbi ekspertiza bu yolla cəsədin bir yerdən başqa yerə aparılıb-aparılmadığını təyin edir). Ölümdən sonra bu dəyişikliklərin bəziləri sarsıdıcı ola bilər, amma bir sonrakı mərhələ ilə müqayisə ediləndə sadəcə kiçik bir pəncərə açmış olurlar. Sadaladığımız proseslər başa çatdıqdan sonra isə bakteriyalar "sərhədlərini aşaraq" hücuma keçərlər.

Öncə saprobik bakteriyalar işə başlayır, çoxu parçalanmanın ilk mərhələsində olan toxumaları, əzələləri və daxili orqanları yeməyə başlayar. Bu sırada fermentlər anaerobik (oksigensiz nəfəs alan) bakteriyalar daxili orqanları parça-parça etməyə və maye halına gətirməyə başlayar. Bunun nəticəsi olaraq turşular və qazlar vücudu şişirər və xüsusi qoxu yayar. Qoxunun bir qismi müxtəlif yollarla xaricə çıxarkən, digər bir qismi dəri partlayana qədər içəridə qalar. Bu əsnada bir şarın pomidor suyu ilə doldurulduqdan sonra iynə ilə partladılmasını xəyal edin. Nəyahət, ölən insan bu nöqtədə tanınmaz hala gəlib çatar. Proses nə qədər qorxulu və ürəkbulandırıcı olsa da, bununla bitmir. Bütün bunları bildirməkdə məqsəd fərqli bakteriyaların böyük rolları olduğunu vurğulamaqdır. Dünyada bu təsirlərin tam olaraq ortaya çıxmasını gecikdirəcək bəzi metodlar mövcuddur. Məsələn, mumyalamaq. İnsan öldükdən sonra bədənin bütün qanın çəkilməsi və onun yerinə formaldehit maddəsi ilə yanaşı, bir sıra kimyəvi maddələrin vurulması kimi.

Kosmosda ölüm və çürümə

(adsgarden = window.adsgarden || []).push({});