Azərbaycana idxal edilən 92 və 95-dən az oktanlı avtomobil benzini gömrük rüsumundan azad edilib


Digərləri 28 Avq 2019 01:48:00 201 0

Azərbaycana idxal edilən 92 və 95-dən az oktanlı avtomobil benzini gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib

Bakı. Nazirlər Kabineti "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" haqqında qərarında dəyişiklik edib. Trend-in məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb. Dəyişikliyə əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzini gömrük rüsumundan azad edilib. Qeyd olunan benzin növləri üçün gömrük rüsumu 15%-dən 0%-ə endirilib.