Dejavu haqqında bilmədiyiniz real həqiqətlər Nİyə xatirələri təkrarlayırıq?


Digərləri 28 Avq 2019 01:30:00 258 0

Dejavu haqqında bilmədiyiniz real həqiqətlər  Nİyə xatirələri təkrarlayırıq?

Bir şeyi ilk dəfə yaşamamağın verdiyi qəribə və həyəcanlı hissi hər kəs ömründə bir dəfə də olsa, yaşayıb. Fransız dilində "çoxdan görülmüş" anlamına gələn "dejavu" insanlarda əsrarəngiz bir hissiyyat yaradır.

Son.az xəbər verir ki, yeni araşdırmalara görə, hər şey elə bu qədərdir. Dejavu sadəcə bir hissdir.

Bu durumu açıqlamaq üçün fövqəltəbii açıqlamalar verildiyi kimi (təbii ki, elm adamları tərəfindən deyil), qəribə və narahatlıq verən an olduğu da deyilir. Ancaq bu açıqlamalardan ən məntiqlisi yaddaş ilə bağlıdır. Dilimizin ucunda olan bir söz kimi, xatirələr də zehnimizin bir ucunda durur. Oradadır, ancaq siz ona gedib çata bilmirsiniz.

Bu mövzunu ələ alan Kolorado Universitetinin psixoloqu Anna Kleari dejavunun hisslərdən başqa təsir doğrumadığını deyir. Dejavu yaşayan bir insan irəlidəki divarın arxasında nə görəcəyini kor-koranə təxmin edən insandan daha aydın biri deyil. Digər elm adamları dejavunun xatirələrlə əlaqəsi olduğunu da təsbit edib. Ancaq Klearinin dejavunu xatirələrlə bağlaması teoremi bəznərliyin əsas açar olduğunu üzə çıxarır.

Xatirə ilə bağlı olmadan anidən ağla gələn küçə və ya məkan dizaynı, hətta bir insan üzü, fərqli yerə, məkana və ya başqa üzə bənzəyə bilər.

Kleari mövzu ilə bağlı bunları deyir: "Öncəki səhnəni şüurlu olaraq xatırlaya bilməsək də, beynimiz bənzərliyin fərqində olur. Bu da öncədən hiss etdiyimiz narahatlıq verən hissin öhdəsindən gəlsə də, nə zaman, ya da niyə olduğunu təsbit edə bilmir. Üzərində işlədiyim fərziyyə dejavunun, aşinalığın fərqli bir əlaməti olduğuna dairdir. Aşina olmamağımız lazım olduğu halda aşina olduğumuz bir durum buna görə çox sarsıdıcıdır.

(adsgarden = window.adsgarden || []).push({});