Taliban 11 Əfqanıstan polisini öldürdü


Digərləri 28 Avq 2019 00:27:00 248 0

Taliban 11 Əfqanıstan polisini öldürdü

"Taliban" radikal silahlıları ilə döyüşdə azı 11 Əfqanıstan polisi öldürülüb, eyni sayda insan yaralanıb.

Bakı. "Taliban" radikal silahlıları ilə döyüşdə azı 11 Əfqanıstan polisi öldürülüb, eyni sayda insan yaralanıb. Trend-in məlumatına görə, toqquşma bazar ertəsi günü Şimal bölgəsindəki Cəvzcan əyalətində baş verib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Taliban bir neçə keçid məntəqəsinə bir sıra hücumlar həyata keçirib. Qarşı tərəfdən isə üç təcavüzkar öldürülüb, daha üç nəfər yaralanıb.