Kürdəmirdə traktor yanıb


Digərləri 27 Avq 2019 23:10:00 233 0

Kürdəmirdə traktor yanıb

Kürdəmir rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, rayonun Mollakənd kəndində "T-28" markalı traktorun qoşqusunun 2 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​