Bu ölkədə yol təmiri zamanı ölənlərin sayı artır


Dünya 27 Avq 2019 23:00:00 242 0

Bu ölkədə yol təmiri zamanı ölənlərin sayı artır

Ötən il Belçikanın yol-təmir və ya tikinti işlərinin aparıldığı trass sahələrində 884 yol-nəqliyyat hadisəsi baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu hadisələr nəticəsində 16 nəfər həyatını itirib, 1164 işçi isə xəsarət alıblar. 2018-ci il ərzində göstəricilər 2014-cü illə müqayisədə 19 faiz yüksəkdir. Ən nəzərəçarpan artım paytaxt Brüssel regionunda müəyyən edilib. Sonrakı yerləri Valloniya və Flandriya bölüşürlər.

Bədbəxt hadisələrin başvermə səbəbi əksər hallarda onunla bağlıdır ki, sürücülər yol-tikinti və ya təmir işlərinin aparıldığı sahələrdən çox sürətlə ötüb keçirlər. Tədqiqatlar göstərir ki, hər on belçikalı sürücüdən yeddisi bu yerlərdən keçən zaman sürəti azaltmağı unudur.

Bununla yanaşı, avtomagistralların yol-təmir işlərinin aparıldığı sahələrində baş verən qəzaların yarısı ağırtonnajlı yük avtomobilləri ilə bağlıdır. Bu isə yol-nəqliyyat hadisələri ilə bağlı təhlükəni daha da artırır.