4 yaşlı qızının gözü önündə arvadının boğazını kəsdi


Dünya 27 Avq 2019 22:30:00 305 0

4 yaşlı qızının gözü önündə arvadının boğazını kəsdi

Türkiyədə daha bir dəhşətli cinayət qeydə alınıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, kişi ondan boşanmaq istəyən arvadının boğazını 4 yaşlı qızının gözü önündə kəsib.

Hadisə Dənizli şəhərinin Pamukkale rayonunda baş verib.

Belə ki, Uğur K. adlı şəxs 23 yaşlı arvadıyla söhbət etmək məqsədiylə onu görüşə çağırıb. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Bu zaman Uğur arvadına bir neçə bıçaq zərbəsi endirib, daha sonra da onun boğazını kəsib.

Xəstəxanaya çatdırılan iki uşaq anasının vəziyyətinin ağır olduğu bildirilir. Cinayəti törədən şəxs saxlanılıb.