Mağazaya çörək almağa gedən qadın itkin düşdü Azərbaycanda
Digərləri 27 Avq 2019 22:15:00 197 0
Lənkəranda orta yaşlı qadın itkin düşüb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə şəhərin Füzuli küçəsi, ev 33-də qeydə alınıb.
Həmin küçədə yaşayan, 1966-cı il təvəllüdlü Ağayeva Gülnarə Məmməd qızı avqustun 25-də mağazaya çörək almaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az