Lənkəranda mağazaya çörək almağa gedən 53 yaşlı qadın itkin düşdü


Digərləri 27 Avq 2019 22:00:00 224 0

Lənkəranda mağazaya çörək almağa gedən 53 yaşlı qadın itkin düşdü

Lənkəranda orta yaşlı qadın itkin düşüb.

Bakı. Samir Əli - Lənkəranda orta yaşlı qadın itkin düşüb. Trend-in məlumatına görə, hadisə şəhərin Füzuli küçəsi, ev 33-də qeydə alınıb. Həmin küçədə yaşayan, 1966-cı il təvəllüdlü Ağayeva Gülnarə Məmməd qızı avqustun 25-də mağazaya çörək almaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.