Astarada 67 yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü


Digərləri 27 Avq 2019 21:40:00 244 0

Astarada 67 yaşlı epilepsiya xəstəsi heyvan otararkən yıxılıb öldü

Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb.

Bakı. Samir Əli - Astara rayonunda heyvan otaran şəxs yıxılıb ölüb. Trend-in məlumatına görə, hadisə rayonun Şümrüd kəndində baş verib. Kənd sakini, 1952-ci il təvəllüdlü epilepsiya xəstəsi Zülfüqarov Cavanşir Məsti oğlu yaşadığı kəndin ərazisində mal-qara otararkən epileptik tutması yaranıb. C.Zülfüqarov otlaq sahəsində yıxılıb. O müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran şəhər Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. C.Zülfüqarov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.