“Forbes” ən çox qazanan müğənniləri açıqladı


Digərləri 27 Avq 2019 20:24:00 186 0

“Forbes” ən çox qazanan müğənniləri açıqladı

"Forbes" jurnalı ilin ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, siyahıya amerikalı müğənni Teylor Svift başçılıq edir.

O, bir il ərzində 185 milyon dollar gəlir əldə edib.

İkinci sırada isə 81 milyon dollarlıq gəlirlə Beyonsdur. İlk üçlüyü isə illik gəliri 62 milyon dollar təşkil edən Rihanna qapayır.

Növbəti yerlərdə Ketti Perri (57,5 milyon dollar), Pink (57 milyon dollar), Ariana Qrande (48 milyon dollar), Cennifer Lopes (43 milyon dollar), Ledi Qaqa (39,5 milyon dollar), Selin Dion (37,5 milyon dollar) və Şakira (35 milyon dollar) qərarlaşıb.

(adsgarden = window.adsgarden || []).push({});