Bakı-Tbilisi-Qars dəmir yolu ilə nə qədər yük və sərnişin daşınır?


Digərləri 27 Avq 2019 20:30:39 240 0

Bakı-Tbilisi-Qars dəmir yolu ilə nə qədər yük və sərnişin daşınır?

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitsilə hər ay təxminən bir milyon ton yük daşınır

Bakı. Sara İsrafilbəyova - Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu vasitsilə hər ay təxminən bir milyon ton yük daşınır. Bu barədə Trend-ə nəqliyyat bazarındakı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, daşımaların həcmi ötən illə müqayisədə artıb və ildən-ilə artacaq. Qeyd edək ki, ötən ilin oktyabr ayında açılan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu Azərbaycan-Gürcüstan-Türkiyə hökumətləri arasında əldə edilən razılaşma əsasında həyata keçirilib. İlkin mərhələdə illik yükdaşıma 6,5 milyon ton, sərnişin daşıma isə bir milyonadək insan səviyyəsində olacaq.