Çexiya bu sahədə nəzarəti sərtləşdirir


Dünya 27 Avq 2019 19:59:00 197 0

Çexiya bu sahədə nəzarəti sərtləşdirir

Çexiyada lisenziyasız kriptovalyuta ilə məşğul olan şirkətlər yarım milyon avro həcmində cərimələnəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çexiya KİV-ləri hakimiyyət orqanlarının bu qərarı barədə məlumat yayıblar. Onlar qeyd edirlər ki, çirkli pulların yuyulmasına qarşı mübarizə tədbirləri, görünür, Çexiyada Aİ-yə üzv digər ölkələrdən daha sərt həyata keçəcək.

Bütün kriptovalyuta və blokçeyn startapları müvafiq orqanlar tərəfindən xüsusi nəzarətə götürüləcək. Mənbə xatırladır ki, Avropa İttifaqına bütün üzv ölkələr gələn il yanvarın 20-dək çirkli pulların yuyulmasına qarşı mübarizə ilə bağlı Avrokomissiyanın sənədində nəzərdə tutulan tədbirlərin qanuniləşdirilməsini başa çatdırmalıdırlar.

Ehtimal olunur ki, Çexiyada belə sərt tədbirlər qəbul edildikdən sonra kriptovalyuta şirkətləri digər ölkələrə yerləşəcək. Bu da innovasiya xidmətləri sahəsinin inkişafına öz mənfi təsirini göstərəcək.

(adsgarden = window.adsgarden || []).push({});