Madriddə güclü yağış: Metro və aviareyslər dayandı


Digərləri 27 Avq 2019 19:57:41 209 0

Madriddə güclü yağış: Metro və aviareyslər dayandı

İspaniyanın paytaxtı Madriddə güclü yağışlar nəticəsində həyat iflic olub.

Bakı. İspaniyanın paytaxtı Madriddə güclü yağışlar nəticəsində həyat iflic olub. Trend-in məlumatına görə, küçələri su basıb, yollar bağlanıb. Eləcə də metronun bir neçə stansiyası işini dayandırıb. Paytaxt aeroportunda aviareyslər ləngiyib. Baraxas aeroportunda eniş edəcək təyyarələr digər hava limanlarına yönləndirilib.