İki xalaoğlu qadını qarət edib, maşında təcavüz etdilər


Kriminal 27 Avq 2019 19:49:00 264 0

İki xalaoğlu qadını qarət edib, maşında təcavüz etdilər

Bakıda qadını bıçaqla hədələyərək pulunu, qızıllarını ələ keçirən, ona qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirli bilinən İntiqam Yunusov və onun xalası oğlu Yaqub Məmmədov Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, onların müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Rizvan Səfərovun sədrliyi ilə avqust ayının 28-də keçiriləcək.

İttihama görə, Xətai rayon Polis İdarəsinə müraciət edən, şərti adı N.Z. olan qadın iki nəfər naməlum şəxsin onu bıçaqla hədələyərək 600 manat və 10 min manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdiklərini, habelə idarə etdiyi "Changan" markalı avtomobildə ona qarşı əxlaqsız hərəkətlər etdiklərini bildirib.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Zaqatala rayon sakini İntiqam Yunusov və xalası oğlu, Qax rayon sakini Yaqub Məmmədov saxlanılıblar.

Saxlanılan şəxslər ifadələrində hadisə günü qadını izlədiklərini və qadın avtomobildən düşən zaman ona yaxınlaşaraq qeyd olunan cinayəti törətdiklərini bildiriblər.