Siyəzəndə 3 uşağı ilə itkin düşən qadın axtarılır (FOTO)


Digərləri 27 Avq 2019 18:33:00 253 0

Siyəzəndə 3 uşağı ilə itkin düşən qadın axtarılır (FOTO)

Siyəzəndə 30 yaşlı qadın 3 azyaşlı uşağı ilə birlikdə itkin düşüb.

Bakı. Siyəzəndə 30 yaşlı qadın 3 azyaşlı uşağı ilə birlikdə itkin düşüb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Siyəzən rayonunun Yenikənd kənd sakini, 30 yaşlı Həmzəliyeva Gülnar Xanbala qızı cari ilin iyul ayının 23-də səhər saatlarında üç azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Gülnar Həmzəliyevanın əlamətləri belədir: Boyu 155 sm., yumru sifətli, kök bədən quruluşlu, şabalıdı saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman onun əynində qara-qırmızı güllü don və ağ rəngli ayaqqabı olub.