Rüstəm Minnixanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib


Digərləri 27 Avq 2019 18:18:00 161 0

Rüstəm Minnixanov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib

Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib.

Bakı. Rusiya Federasiyası Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovdan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik məktubu gəlib. Təbrikdə deyilir: "Hörmətli Mehriban Arif qızı. Ad gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Fəal çoxşaxəli şəxsiyyət kimi Siz həmişə öz doğma ölkənizin ictimai-siyasi həyatının mərkəzində olmusunuz və ömrünüzün bu gözəl gününü Azərbaycanın Birinci vitse-prezidenti kimi məsul vəzifədə qarşılamağınız qanunauyğundur. Qoy geniş bilik və maraq dairəniz, yaradıcılıq enerjiniz, respublikanın tərəqqisi naminə qurub-yaratmaq əzminiz Sizin məhsuldar dövləti fəaliyyətinizin əsasına çevrilsin, vətəndaşlar arasında yüksək nüfuzunuz və Azərbaycanın dövlət başçısının dəstəyi isə ən böyük və nəcib məqsədlərə çatmaqda Sizə kömək olsun. Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin