Qaxda da meşə yanır


Digərləri 27 Avq 2019 17:55:00 258 0

Qaxda da meşə yanır

Qaxda meşədə yanğın başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Süskənd və Fıstıqlı kəndlərinin ərazisindəki meşə sahəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.