Azərbaycanda BOKT-ların sayı artıb


Digərləri 27 Avq 2019 17:55:00 260 0

Azərbaycanda BOKT-ların sayı artıb

Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank olmayan kredit təşkilatına lisenziya verib.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank olmayan kredit təşkilatına (BOKT) - "MJ Financial Services" və "Acet Financial Technologies" şirkətlərinə lisenziya verib. Trend-in məlumatına görə, təşkilatların nizamnamə kapitalının hər biri 300 min manatdır. "MJ Financial Services" şirkətinə Mədət Rüstəmov, "Acet Financial Technologies" şirkətinə Xosrov Axundov rəhbərlik edir. Beləliklə, Azərbaycanda BOKT-ların sayı 45-ə çatıb.