Fenerbahçe fransız futbolçunun transferini açıqladı


İdman 27 Avq 2019 17:11:00 312 0

Fenerbahçe fransız futbolçunun transferini açıqladı

Fransa millisinin sabiq mərkəz müdafiəçisi Adil Raminin Fenerbahçe-ya keçidi rəsmiləşib.

Goal.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. Transferin maddi dəyəri haqda açıqlama verməyib. Rami ilə müqavilə "Şükrü Saracoğlu" stadionunda imzalanıb.

Qeyd edək ki, Rami son 2 mövsümü Marseille-də keçirib. O, 21 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.