Leysan və dolu bu şəhəri cənginə alıb


Dünya 27 Avq 2019 17:09:00 252 0

Leysan və dolu bu şəhəri cənginə alıb

İspaniyanın paytaxtı qasırğaya təslim olub. Regiona yağışlar və güclü dolu yağıb. Təbiət hadisəsi nəticəsində yollar iflic vəziyyətinə düşüb, hava limanlarında reyslər təxirə salınıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Madrid metropoliteninin departamenti metronun bir neçə xəttinin fəaliyyətinin dayandırılması barədə elan edib. Daha çox Arqanda-del-Rey rayonu əziyyət çəkib. Orada güclü su axını parkinqdəki maşınları yuyub aparıb və binaları su basıb.

İspaniyanın Dövlət Meteorologiya Agentliyinin məlumatına görə, yayın sonunadək ölkədə yağışlar gözlənilir.