Şinzo Abe: "G7 liderləri Şimali Koreya məsələsində..."


Dünya 27 Avq 2019 16:49:00 269 0

Şinzo Abe: "G7 liderləri Şimali Koreya məsələsində..."

Yaponiyanın Baş Naziri Şinzo Abe bəyan edib ki, G7 ölkələrinin liderləri ABŞ ilə Şimali Koreya arasında başlanmış prosesi dəstəkləmək barədə razılığa gəliblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Ş.Abe bu barədə G7 sammitinin yekununda jurnalistlərin suallarını cavablandırarkən bildirib. Baş Nazirin sözlərinə görə, liderlər ABŞ ilə Şimali Koreya arasında münasibətlərə dəstək vermək və Koreya yarımadasında nüvə silahının ləğvi istiqamətində birgə fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər. Ş.Abe əlavə edib ki, bütün liderlər Şimali Koreya tərəfindən oğurlanan yaponlar məsələsində Yaponiyaya anlayışla yanaşır və onu dəstəkləyirlər.

İqtisadi problemlərdən danışan Yaponiyanın Baş Naziri qeyd edib ki, liderlər qlobal iqtisadiyyat üçün risklərin azaldılması məqsədilə təxirəsalınmaz və hərtərəfli tədbirlərin görülməsi barədə də vahid rəyə gəliblər.

Yaponiya hökumətində və hakim partiyada kadr dəyişikliklərinə toxunan Ş.Abe bunun sentyabrda baş verəcəyini təsdiq edib. Bildirib ki, o, bu çağırışlara yeni baxışla yanaşmalı və həmin məsələdə ardıcıllığa və sabitliyə xüsusi diqqət yetirməlidir.