Adebayor Super Liqa klubunda


İdman 27 Avq 2019 16:44:00 321 0

Adebayor Super Liqa klubunda

Başakşehir-dən ayrılan Emmanuel Adebayorun Kayserispor-a keçidi rəsmiləşib.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 35 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, 2017-ci ildən Başakşehir-də oynayan Adebayor Türkiyə Superliqasında 60 oyuna 24 qol vurub. Toqo millisinin üzvü Metz, Monaco, Arsenal, Real, Tottenham, Crystal Palace kimi klublarda oynayıb.