Hərbi birlikdə təlimmetodiki toplantı keçirilib


Digərləri 27 Avq 2019 16:34:00 178 0

Hərbi birlikdə təlimmetodiki toplantı keçirilib

Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən hərbi birliyin birləşmə və hərbi hissələrinin tabor komandirləri və onların müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, hərbi qulluqçuların döyüş hazırlığı üzrə nəzəri bilikləri, praktiki vərdişləri, sürücülük və atəş bacarıqları yoxlanılıb.

Toplantının praktiki hissəsində gecə şəraitində keçirilən döyüş atışlı təlim zamanı tabor komandirləri və onların müavinləri bölmələrin və atəşin idarə edilməsi üzrə tapşırıqları icra ediblər.

(adsgarden = window.adsgarden || []).push({});