Metronun qarşısında 23 yaşlı gənci qətlə yetirənlərə 20 il cəza verildi


Digərləri 27 Avq 2019 16:01:00 192 0

Metronun qarşısında 23 yaşlı gənci qətlə yetirənlərə 20 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirlən Vəli Əliyev və onunla birgə saxlanılan Füzuli Nəcəfovun cinayət işi üzrə proses başa çatıb.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vəli Əliyev və onunla birgə saxlanılan Füzuli Nəcəfovun cinayət işi üzrə proses başa çatıb. Trend-in məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Əliyev 17 il, F.Nəcəfov isə 3 il azadlıqdan məhrum edilib. İttihama görə, bu ilin yanvar ayında Bakıda, metronun “Nizami” stansiyasının yaxınlığında Saatlı rayon sakini, 1996-cı il təvəllüdlü Emin Şəmiyev bıçaqlanaraq öldürülüb.