Ruhani: "Sanksiyalar davam etdikcə, müsbət dəyişiklik olmayacaq"


Dünya 27 Avq 2019 14:14:00 209 0

Ruhani: "Sanksiyalar davam etdikcə, müsbət dəyişiklik olmayacaq"

"ABŞ-ın İrana qarşı sanksiyaları davam etdikcə, regionda heç bir müsbət dəyişiklik olmayacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Dövlət Həftəsi (24-30 avqust) münasibəti ilə bir sıra layihələrin açılışı ilə əlaqədar təşkil olunan tədbirdə deyib.

H.Ruhaninin sözlərinə görə, müsbət dəyişikliklərin açarı Vaşinqtonun əlindədir:

"Qərb ölkələri regionda əlavə təhlükəsizlik və region ölkələri ilə yaxşı əlaqələr qurmaq istəyirsə, addımlar atmalıdırlar.İranın hərbi doktrinası normal silahlara əsaslanır və nüvə silahı, kimyəvi silah, kütləvi qırğın silahlarına yer yoxdur".