Barcelona rəsmiləri Parisdə - son görüş üçün


İdman 27 Avq 2019 15:10:00 238 0

Barcelona rəsmiləri Parisdə - son görüş üçün

Barcelona PSG-nin hücumçusu Neymarın transferində israrını davam etdirir. 

Goal.az xəbər verir ki, kataloniyalılar son görüş üçün nümayəndələrini Parisə göndərib.

İdman direktoru Erik Abidalın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün qarşı tərəflə masa arxasında əyləşəcək. Kataloniya təmsilçisi müəyyən məbləğdə pul və 1-2 futbolçusunu PSG-yə təklif edəcək. Həmin oyunçular arasında intizamsızlığından əl çəkməyən Usman Dembelenin olması da istisna edilmir.

Qeyd edək ki, Neymar PSG-yə 2017-ci ildə məhz Barcelona-dan keçib.