Bakıda sevdiyi qızın yaşadığı binanın həyətində fişəng partladan oğlan saxlanıldı


Digərləri 27 Avq 2019 14:24:00 268 0

Bakıda sevdiyi qızın yaşadığı binanın həyətində fişəng partladan oğlan saxlanıldı

Avqustun 25-də gecə saat 01:00-da Binəqədi rayonunun A.Məmmədov küçəsində bir nəfər pirotexniki vasitə partladaraq sakinləri narahat edib.

DİN Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, həmin şəxs ərazidə xidmət aparan 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini E.İsmayıllı olduğu müəyyən edilib. 

E.İsmayıllı barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.