Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir


Digərləri 27 Avq 2019 13:59:00 192 0

Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir

Türkiyə Azərbaycanla ticarət dövriyyəsini artırmaq niyyətindədir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Ankara və Bakı ticarət dövriyyəsini beş milyard dollara qədər artırmaq potensialına malikdir.

Nazirlikdən bildirilib ki, 2018-ci ilin nəticələrinə əsasən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,853 milyard dollar təşkil edib, lakin iki ölkə arasında qardaşlıq münasibətləri fonunda bu rəqəm kiçik görünür.

Nazirlikdən o da qeyd olunub ki, bu ilin altı ayının nəticələrinə əsasən, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 907,661 milyon dollara bərabər olub.

Nazirlik istisna etmir ki, 2019-cu ilin sonuna qədər iki ölkə arasında ticarət dövriyyəsi iki milyard dolları ötəcək.