Günel 19 ildən sonra tələbə adını qazandı


Digərləri 27 Avq 2019 12:39:00 233 0

Günel 19 ildən sonra tələbə adını qazandı

O, 19 ildən sonra tələbə olmaq arzusunu reallaşdırıb.

Son.az bildirir ki, söhbət Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi adını qazanan Günel Aslanovadan gedir.

G.Aslanovanın müsahibəsini təqdim edirik:

- Günel xanım, özünüzü təqdim edərdiniz...

- 2000-cu ildə Masallı şəhər 3 saylı tam orta məktəbi bitirmişəm. Ailəliyəm, 2 övladım var.

- Necə oldu ki, orta məktəbi bitirəndən uzun zaman sonra ali təhsil almaq qərarına gəldiniz?

- Dini elmi əsaslarla təbliğ etmək, cəhalətə, xurafata qarşı mübarizə aparmaq üçün ali savadlı olmaq uşaqlıq arzum idi. Erkən yaşda atamı və qardaşımı itirdim. Qardaşım könüllü olaraq Qarabağ döyüşlərinə getdi, şəhid oldu. O, çox istəyirdi ki, təhsilimi davam etdirim. Məktəbdə əlaçı olmağıma baxmayaraq, imkansızlıqdan mənim də istəyim olan onun arzusunu yerinə yetirə bilmədim.

Ailə həyatı qurdum. Gələcək həyat yoldaşıma əvvəlcədən ali təhsil almaq arzusunda olduğumu bildirdim. Ailə qayğıları, övladlarımın tərbiyəsi ilə məşğul olmaq məni oxumaqdan məhrum etdi. Lakin heç zaman fikrimdən daşınmadım. Qismət belə imiş.

- Nə zamandan qəbula hazırlaşmağa başladınız?