Bakının Nərimanov rayonunda boya sexində güclü yanğın başlayıb (FOTO)


Digərləri 27 Avq 2019 12:05:00 223 0

Bakının Nərimanov rayonunda boya sexində güclü yanğın başlayıb (FOTO)

Bakının Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakının Nərimanov rayonu ərazisində boya sexində yanğın hadisəsi baş verib. Nərimanov Rayon İcra hakimiyyətindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Heydər Əliyev prospekti, 133c ünvanında baş verib. Həmin ünvanda yerləşən fərdi şəxsə məxsus boya sevində qəfil yanğın hadisəsi baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib. Hələlik yanğın tam söndürülməyib. İlkin məlumata görə, hələlik hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi ilə bağlı tədbirlər davam etdirilir.