Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır


Digərləri 27 Avq 2019 09:27:00 173 0

Ali məktəblərə qəbul olan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır

Bakı. Elçin Mehdiyev - Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər 27 avqust saat 17:00‑dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər. Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.