Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır


Digərləri 27 Avq 2019 11:27:00 228 0

Azərbaycan Beynəlxalq Bankı Transformasiya Ofisi formalaşdırır

Texnologiyaların sürətli inkişafı, müştəri tələblərinin yüksəlməsi, rəqabətdə baş verən dəyişikliklərə uyğunlaşa bilmək böyük biznes qurumlarının davamlı transformasiyasını tələb edir. Azərbaycan Beynəlxalq Bankı öz Transformasiya tədbirlərinin effektiv icrası məqsədilə beynəlxalq təcrübəyə uyğun olaraq Transformasiya Ofisinin qurulmasına başlayıb və burada işə qəbul üçün vakansiyalar elan edib.

Transformasiya Ofisində işə qəbul olunan hər bir  işçi Bankın digər struktur bölmələrinin əməkdaşları ilə birgə çalışacaq. Azərbaycan Beynəlxalq  Bankının bu irimiqyaslı layihəsində yaxından iştirak ona bərabər imkanlar mühitində uğurlu karyera qurmaqla yanaşı, komanda işi vərdişlərini daha da təkmilləşdirmək, yeni bilik və bacarıqlar əldə etmək, xüsusilə beynəlxalq konsultantlarla müştərək iş mühitində əlavə təcrübələr qazanmaq fürsəti yaradacaq.

Vakansiyalar üzrə vəzifə öhdəlikləri, namizədlərə tələblər və müraciət qaydaları ilə buradan tanış olmaq mümkündür: https://www.ibar.az/az/about-bank/human-resources

/