"Messi hər ananın arzuladığı övlad, Ronaldo isə robotdur"


İdman 26 Avq 2019 16:20:00 214 0

"Messi hər ananın arzuladığı övlad, Ronaldo isə robotdur"

FIFA-nın keçmiş prezidenti Jozef Blatter maraqlı açıqlama ilə yadda qalıb.

Goal.az "Fox Sports"a istinadən xəbər verir ki, o, Lionel Messi ilə Kriştiano Ronaldonun müqayisəsini apararkən əvvəllər də bu müqayisəyə görə problem yaşadığını etiraf edib: "2013-cü ildə Oksford konfransında tələbələrə dedim ki, hər ikisi əla futbolçudur, ancaq Messi hər ananın arzuladığı övlad, Ronaldo isə robotdur. Bu sözlərim Ronaldonun və Real-ın prezidenti Florentino Peresin xətrinə dəymişdi. Peres mənə "sən bunu necə söyləyə bilərsən? Axı Real-ın fəxri üzvüsən " dedi. Mən də cavabımda bunun zövq məsələsi olduğunu bildirdim. O, Messini ən yaxşı hesab etməyimi qəbul edə bilmirdi. Daha sonra "Qızıl top"u Ronaldo qazandı".

Messi və Ronaldo hərəyə 5 dəfə "Qızıl top"un qalibi olub.