"İran iqtisadi sanksiyaları aradan qaldırmağa çalışacaq"


Dünya 27 Avq 2019 11:39:00 211 0

"İran iqtisadi sanksiyaları aradan qaldırmağa çalışacaq"

"İran sanksiyaları aradan qaldırmağa çalışacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran sanksiyaları heç bir vəchlə qəbul etmir.

Ötən həftənin İranın xarici diplomatiyasının aktivliyi ilə seçildiyini deyən Rəbii əlavə edib ki, İslam Respublikası ABŞ-ın təzyiqlərinə təslim olmayıb:

"İran hökuməti bütün gücü ilə çalışır ki, ABŞ-ın sanksiyalarının mənfi nəticələrini azaltsın, eyni zamanda Hərtərəfli Birgə Fəaliyyət Planında qalan üzvləri öz öhdəliklərini yerinə yetirməyə məcbur etsin".